XƏBƏRLƏR
-
14.02.2022
"Refleksiv müəllim" seminarı keçirilir
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən təşkil edilən "Refleksiv müəllim" seminarının 10 fevral 2022-ci il tarixində növbəti görüşü keçirilib. Budəfəki seminar kimya fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulub. İştirakçılara S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının kimya müəllimi Alırzalı Mətanətin təqdimatı əsasında 7-ci sinif kimya dərsliyində olan "Məhlullar" mövzusu üzrə dərs icmalı təqdim edilib. -
14.02.2022
Tələbələrin Qış düşərgəsinin bağlanış mərasimi baş tutub
Tələbələrin Qış Düşərgəsinin 8-ci günü maraqlı qonaqların çıxışı ilə yadda qalıb. Düşərgənin sonuncu gününün ilk qonağı Azərbaycan Fransız Universitetinin və Xəzər Universitetinin müəllimi Cavanşir Əzizov diferensial hesablamanın əsas teoremləri, törəmənin həndəsi mənası, diferensialın tətbiqlərini əhatə edən "Törəmə" mövzusunu tələbələrlə müzakirə edib. -
11.02.2022
Finance & Banking Campus 2022 çərçivəsində seminarlar keçiriləcək
Finance & Banking Campus 2022 Azərbaycan gənclərinin maliyyə, bank və iqtisadiyyatın digər sahələri haqqında bilik və bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulmuş təşəbbüsdür. Tədbirdə dünyanın müxtəlif ölkələrindən maliyyə, bank və sahibkarlıq sektorunda uğurlu fəaliyyət göstərən CEO, CFO və digər yüksək səviyyəli rəhbərlər iştirak edəcəklər. -
11.02.2022
"Kimyəvi tarazlıq" və "Məhlullar" mövzuları üzrə vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 14 fevral tarixində saat 16:00-da "Kimyəvi tarazlıq" və "Məhlullar" mövzuları üzrə keçiriləcək. Vebinarın keçirilməsində məqsəd adını qeyd etdiyimiz mövzular üzrə çətin hesablama tapşırıqlarının həll edilməsidir. -
11.02.2022
"Böhran vəziyyətində məktəbdə ilkin psixoloji yardım bacarıqları" mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb
Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə ARTİ tərəfindən BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə icra edilən "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəbəsaslı psixososial dəstəyin göstərilməsi-II mərhələ" adlı layihə çərçivəsində məktəb psixoloqlarının "Böhran vəziyyətində məktəbdə ilkin psixoloji yardım bacarıqları" mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb. -
10.02.2022
Tələbələrin "Qış düşərgəsi" maraqla davam edir
Tələbələrin "Qış düşərgəsi" sürətlə və maraqla davam edir. Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev düşərgə ərazisinə səfər edərək tələbələrlə görüşüb, onlara uğur arzulayıb və Milli Qəhrəmanımız General Polad Həşimovun igidlik və şücaətindən bəhs edən kitab hədiyyə edib. -
09.02.2022
Tələbələrin "Qış düşərgəsi" davam edir
Düşərgənin 2-ci günündə ADA Universitetinin professoru Yaqub Əliyev tələbələrlə görüşündə xüsusi metodik qabiliyyətləri ilə "Niyə Riyaziyyat?", "Cəbr yoxsa Həndəsə" kimi təlimləri və "GeoGebra ilə Riyaziyyat", "TeX-də Riyaziyyat məqaləsi yazmaq", "Riyaziyyatçılar niyə Maple proqramını istifadə edir" mövzusundakı təqdimatları ilə tələbələrin riyazi bilik və bacarıqlarının artırılmasına müvəffəq olub. Təlimin sonunda tələbələr arasında yekun qiymət -
08.02.2022
Məktəblərdə psixoloji zorakılığa qarşı mübarizə yolları
ARTİ sizə məktəblərdə sağlam sosial-emosional mühitin formalaşmasına mane olan amillər: bullinq, mobbinq, psixoloji zorakılığın və fiziki,sosial, verbal qısnamanın yaratdığı psixoloji fəsadlardan, şagirdlər arasında yaranan zorakılıq və onların növlərindən bəhs edən məqalələri təqdim edir. -
08.02.2022
"İnsan və onun sağlamlığı" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 11 fevral saat 17:00-da biologiya fənni üzrə "İnsan və onun sağlamlığı" mövzusunda vebinar keçiriləcək. -
08.02.2022
10 fevral tarixində "Refleksiv müəllim" seminarı keçiriləcək
Kimya fənnini tədris edən müəllimlər üçün 10 fevral saat 17:00-da "Refleksiv müəllim" seminarı keçiriləcək. Seminar ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin "Refleksiv müəllim" layihəsi əsasında ayda 2 dəfə olmaqla onlayn şəkildə keçirilir və 1,5 saat davam edir. -
02.02.2022
"Törəmə. Törəmənin həndəsi və fiziki mənası. Törəmənin tətbiqinə aid müxtəlif məsələlərin təhlili"
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. 3 fevral tarixi saat 16:00-da "Törəmə. Törəmənin həndəsi və fiziki mənası. Törəmənin tətbiqinə aid müxtəlif məsələlərin təhlili" mövzusunda növbəti vebinar keçiriləcək. -
31.01.2022
Tyutorlar axtarılır
Adı qeyd olunan platformada Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ARTİ tərəfindən həyata keçirilmiş "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" layihəsi çərçivəsində "Elmi işlərin yazılması və nəşri", "Tədqiqat metodologiyası, təcrübələr və layihələr", "Verilənlərin toplanması, təhlili və idarə edilməsi", "Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma" və &