XƏBƏRLƏR
-
23.06.2022
"Optimal Solutions" MMC-nin təlim mərkəzi tərəfindən keçirilən təlimlər davam edir
ARTİ-nin doktorantları və tədqiqatyönümlü şöbələrinin əməkdaşlarının akademik tədqiqat haqqında bilik və bacarıqlarının artırılması məqsədilə "Optimal Solutions" MMC-nin təlim mərkəzi tərəfindən keçirilən təlimlər davam edir. -
23.06.2022
İbtidai sinif rus bölməsi üzrə "Ədədlər və əməllər" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 28 iyun tarixində saat 17:00-da ibtidai sinif rus bölməsi üzrə "Ədədlər və əməllər" mövzusunda keçiriləcək. -
22.06.2022
Bakı məktəblərinin direktorları üçün "Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili" mövzusunda seminarlara başlanılıb
ARTİ MDPİM tərəfindən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin direktorları üçün "Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili" mövzusunda seminarlara başlanılıb. -
22.06.2022
"Təchizat zəncirlərində qeyri-müəyyən gələcəyin idarə edilməsi" adlı vebinar keçiriləcək
29 iyun 2022-ci il tarixində saat 18:30-da ARTİ-nin təşkilatçılığı ilə "İş dünyası və ali təhsildə trendlər" və Azərbaycan Texniki Universitetində "Sabah Magistratura" proqramı çərçivəsində "Təchizat zəncirlərində qeyri-müəyyən gələcəyin idarə edilməsi" adlı vebinar baş tutacaq. -
21.06.2022
İbtidai sinif rus bölməsi üzrə "Fonetika" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 23 iyun tarixində saat 17:00-da ibtidai sinif rus bölməsi üzrə "Fonetika" mövzusunda keçiriləcək. -
21.06.2022
Tarix fənnindən MİQ sual tiplərinin izahına həsr olunan vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 24 iyun tarixində saat 17:00-da tarix fənnindən MİQ sual tiplərinin izahına həsr olunacaq. -
21.06.2022
Məktəblilərarası VII fənn müsabiqələrinin mükafatlandırma mərasimi keçiriləcək!
22 iyun 2022-ci il tarixində Bakı Avropa liseyində keçirilməsi planlaşdırılan "VII Məktəblilərarası fənn müsabiqələri"nin mükafatlandırma mərasimində yalnız müsabiqədə qalib gələn şagirdlərin iştirakı nəzərdə tutulub.(valideynlərin iştirakı nəzərdə tutulmayıb) -
21.06.2022
"Lütfi Zadə adına məntiq olimpiadası"nın mükafatlandırma mərasimi keçiriləcək!
23 iyun 2022-ci il tarixində ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində keçirilməsi planlaşdırılan "Lütfi Zadə adına məntiq olimpiadası"nın mükafatlandırma mərasimində qalib şagird və 1 valideynin (ata və ya ana) iştirakı nəzərdə tutulub. -
21.06.2022
"Bir müəllimin manifesti" ixtisasartırma proqramı üzrə "Təhsil işçilərinin peşəkar inkişafı" adlı təlim kursunun yekun qiymətləndirmə mərhələsi həyata keçirilib
18 iyun tarixində ARTİ MDPİM tərəfindən "Bir müəllimin manifesti" ixtisasartırma proqramı üzrə "Təhsil işçilərinin peşəkar inkişafı" adlı təlim kursunun yekun qiymətləndirmə mərhələsi həyata keçirilib.