XƏBƏRLƏR
-
21.07.2022
20 iyul tarixində keçirilmiş test imtahanları üzrə apellyasiya müraciətlərinə start verilir
Bu gün saat 11:00-dan etibarən ibtidai sinif, təsviri incəsənət və musiqi fənləri üzrə keçirilmiş test imtahanlarının apellyasiya müraciətləri qəbul olunacaq. Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. -
21.07.2022
MİQ müsabiqəsinin riyaziyyat fənni üzrə 14 İyulda keçirilmiş imtahanı ilə bağlı qərar!
Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin riyaziyyat fənni üzrə 14 iyul 2022-ci il tarixində keçirilmiş imtahan nəticələrinin elmi statistik təhlili başa çatıb. -
20.07.2022
18 iyul tarixində ən böyük yerli startap və innovasiyalar tədbiri olan "Baku ID" baş tutub
Ölkənin ən gənc akselerasiya mərkəzlərindən biri olan "SABAH.lab"ın təşkilatçılığı və "Kapital Bank"ın baş sponsorluğu ilə ən böyük yerli startap və innovasiyalar tədbiri olan "Baku ID" həyata keçib. -
19.07.2022
"Sintaksis. Mətn üzrə iş" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 21 iyul tarixində saat 16:00-da ibtidai sinif rus bölməsi üzrə "Sintaksis. Mətn üzrə iş" mövzusunda keçiriləcək. -
19.07.2022
MİQ müsabiqəsinin test imtahanı mərhələsi zamanı çəkilən fotolar
2022-2023-cü tədris ili üzrə MİQ müsabiqəsinin test imtahanı mərhələsi zamanı çəkilən fotoları təqdim edirik. Qeyd edək ki, 19 iyul tarixində keçirilən test imtahanlarına ibtidai sinif üzrə 8106 nəfər dəvət olunub, onlardan 6775 nəfər namizəd test imtahanı mərhələsində iştirak edib. -
18.07.2022
TƏHSİL İNSTİTUTUNUN AÇIQLAMASI
ARTİ MİQ müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarına dair sosial mediada yayılan iddialarla bağlı araşdırma aparıb. Həmin iddialarda 14 iyul 2022-ci il tarixində keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilmiş 3 sualın bundan əvvəl bəzi namizədlərə videoformatda izah edilməsi əks olunur. -
18.07.2022
Həndəsə. Statistika və ehtimal mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 19 iyul tarixində saat 16:00-da ibtidai sinif rus bölməsi üzrə "Həndəsə. Statistika və ehtimal" mövzusunda keçiriləcək. -
15.07.2022
MİQ test imtahanlarının izlənilməsi məqsədilə AzTU-nun idman kompleksinə infotur təşkil edilib
MİQ test imtahanlarının izlənilməsi məqsədilə 15 iyul tarixində Azərbaycan Texniki Universitetinin idman kompleksinə infotur təşkil edilib. İnfoturda təhsil nazirinin müavini Muxtar Məmmədov, millət vəkilləri, ARTİ-nin rəhbər heyəti və media nümayəndələri iştirak ediblər. Qonaqlar imtahanın gedişini yaxından izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar. -
14.07.2022
MİQ üzrə test imtahanlarının ilk günü
Bu gün 2022-2023-cü tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib. 54 745 namizədin iştirakı planlaşdırılan müsabiqə 7 gün ərzində ölkə üzrə 10 şəhərdə təşkil olunmuş 15 imtahan mərkəzində keçiriləcək.