XƏBƏRLƏR
-
17.08.2022
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin test imtahanı mərhələsi başlayır
29 avqust tarixində məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək. Belə ki, 5488 nəfər namizədin iştirakı planlaşdırılan müsabiqə Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingeçevir şəhərləri və Salyan rayonu olmaqla, ümumilikdə 9 imtahan mərkəzində təşkil olunacaq. -
16.08.2022
"Süni İntellekt və Data Elmi" layihəsi çərçivəsində şirkətlərlə görüşlər davam edir
"Süni İntellekt və Data Elmi" layihəsi çərçivəsində təlim iştirakçılarının əmək bazarına daha rahat adaptasiyası məqsədilə bu sahədə perspektivli və rəqabətə davamlı mühit formalaşdırmış təşkilatların əməkdaşları və şirkətlərlə görüşlər davam edir. -
16.08.2022
Lisey və gimnaziyalara qəbul olan şagirdlərin şəxsi işlərinin qəbul edilməsi mərhələsi başa çatır
2022-2023-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara qəbul olan şagirdlərin şəxsi işlərinin qəbul edilməsi mərhələsi 17 avqust 17:00-da başa çatacaq. -
12.08.2022
"Süni İntellekt və Data Elmi" layihəsi çərçivəsində görüşlər keçirilir
"Süni İntellekt və Data Elmi" layihəsi çərçivəsində təlim iştirakçılarının əmək bazarına daha rahat adaptasiyası məqsədilə bu sahədə perspektivli və rəqabətə davamlı mühit formalaşdırmış təşkilatların əməkdaşları və şirkətlərlə görüşlər keçirilir. -
11.08.2022
"Bərpa olunan hidrogen və yeni təchizat zəncirinin yaranması" adlı vebinar keçiriləcək
ARTİ-nin təşkilatçılığı ilə 26 avqust tarixində saat 18:30-da "İş dünyası və ali təhsildə trendlər" vebinarlar silsiləsi və Azərbaycan Texniki Universitetində "Sabah Magistratura" proqramı çərçivəsində "Bərpa olunan hidrogen və yeni təchizat zəncirinin yaranması" adlı vebinar baş tutacaq. Vebinarda dekarbonizasiyanın əhəmiyyəti, bərpa olunan hidrogen və onun təchizat zəncirlərindəki rolundan danışılacaq. -
09.08.2022
"Süni İntellekt və Data Elmi" layihəsi çərçivəsində görüşlər keçirilir
"Süni İntellekt və Data Elmi" layihəsi çərçivəsində təlim iştirakçılarının əmək bazarına daha rahat adaptasiyası məqsədilə bu sahədə perspektivli və rəqabətə davamlı mühit formalaşdırmış təşkilatların əməkdaşları və şirkətlərlə görüşlər keçirilir. -
04.08.2022
Lisey və gimnaziyalara sənəd qəbulu başlayır
4 avqust saat 11:00-dan etibarən mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçirilən lisey və gimnaziyalara sənəd qəbulu başlayır.Qeyd edək ki, sənəd qəbulu 17 avqusta qədər davam edəcək. Valideynlər şəxsi kabinetlərində sorğular bölməsinə daxil olaraq prosesin ardıcıllığını izləyə bilərlər.