XƏBƏRLƏR
-
19.10.2022
Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb
19 oktyabr tarixindən etibarən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb. ARTİ-nin Mir Cəlal 71 ünvanında yerləşən binasında keçirilən müsahibələrə 775 nəfər dəvət edilib. -
17.10.2022
"Startapların yaradılması və ekosistem" mövzusunda vebinar təşkil edilib
15 oktyabr tarixində ARTİ-nin təşkilatçılığı ilə "SABAH Magistratura" proqramı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) "Kompüter elmləri və texnologiyaları", Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) "Təlim və tədrisin təşkili və metodikası", Azərbaycan Texniki Universitetinin (AzTU) "Logistika və nəqliyyat" ixtisaslaşmaları üzrə təhsil alan tələbələri üçün vebinar təşkil olunub. -
17.10.2022
"Refleksiv müəllim" layihəsi üzrə təbiət fənnindən seminar təşkil edilib
ARTİ MDPİM tərəfindən həyata keçirilən "Refleksiv müəllim" layihəsi üzrə seminarlar davam edir. 13 oktyabr tarixində Müşfiq Orucov adına 213 nömrəli məktəb-liseydə təşkil edilən seminarda məktəbin biologiya müəllimi Aygül Orucova 5-ci sinif "Təbiət" dərsliyində olan "Biz necə hərəkət edirik" mövzusu üzrə dərs icmalı təqdim edib. -
14.10.2022
2017-2022-ci illər üzrə fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya müraciət və qəbul statistikası
Son 5 ildə (2017-2022-ci illər) ARTİ-də fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertantura təhsili almaq üçün müraciət edənlərin və qəbul olunanların statistik göstəriciləri təqdim olunur. -
14.10.2022
Mərkəzləşdirilmiş imtahanla qəbulu aparılan lisey və gimnaziyalara 4,5,6,7-ci siniflər üzrə tədris dili və riyaziyyat fənninə dair nümunə suallar
Mərkəzləşdirilmiş imtahanla qəbulu aparılan lisey və gimnaziyalarda qəbul prosesinə bir sıra dəyişiklik edilib. Dəyişikliyə əsasən lisey və gimnaziyaların istiqamətlərindən asılı olmayaraq, qəbul 4,5,6,7-ci sinif şagirdləri (müvafiq olaraq 5,6,7,8-ci sinfə qəbul) üçün sadəcə tədris dili və riyaziyyat olmaqla iki fənn üzrə aparılacaq. -
13.10.2022
"İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ" adlı layihə çərçivəsində maarifləndirici görüşlər təşkil edilib
ARTİ Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi "İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ" adlı layihə çərçivəsində maarifləndirici görüşlər təşkil edib. -
13.10.2022
"Refleksiv müəllim" layihəsi üzrə tarix fənnindən seminar təşkil edilib
ARTİ MDPİM tərəfindən 12 oktyabr tarixində "Refleksiv müəllim" layihəsi üzrə tarix fənnindən seminar keçirilib. Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda məktəbin tarix müəllimi Aynurə Musayeva 5-ci sinif Azərbaycan tarixi dərsliyində olan "Azərbaycan tarixi fənni necə öyrənilir?" mövzusu üzrə dərs icmalı təqdim edib. -
13.10.2022
SABAH.lab Akselerasiya Mərkəzi Beynəlxalq İnnovasiya Forumunda iştirak edib
Hər il Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutan "Digital Bridge" Forumu Mərkəzi Asiya regionunun ən irimiqyaslı innovasiya tədbirlərindən biridir. 200-dən çox spikerin, 70-dən çox investorun, 300-dən çox startapın yer aldığı bu forumda 15 ölkənin innovasiya üzrə nümayəndələri iştirak edib və SABAH.lab Akselerasiya Mərkəzi ölkəmizin təmsilçiləri arasında yer alıb. -
13.10.2022
"Müasir məktəbəqədər təhsilin məzmunu və təşkili məsələləri" mövzusunda dəyirmi masa keçirilib
12 oktyabr tarixində ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsinin əməkdaşlarının iştirakı və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nəzdində fəaliyyət göstərən "Xəzər" və "Dalğa" uşaq bağçalarının pedaqoji kollektivi ilə "Müasir məktəbəqədər təhsilin məzmunu və təşkili məsələləri" mövzusunda dəyirmi masa keçirilib. -
13.10.2022
2017-2022-ci illər üzrə doktorantura və dissertanturaya müraciət və qəbul statistikası
2017-2022-ci illərdə Azərbaycan Respublikasının Təhsil İnstitutuna doktorantura və dissertanturada təhsil almaq üçün müraciət edən iddiaçıların statistikasına əsasən deyə bilərik ki, ARTİ-ni seçənlərin sayında hər il ciddi artım müşahidə olunur. Bu da bütün ixtisaslar üzrə müsabiqənin yaranmasına səbəb olur. -
12.10.2022
tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan onlayn kurslara tələbə qəbulu elan edilir
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ARTİ tərəfindən həyata keçirilən "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" layihəsi çərçivəsində hazırlanmış "Elmi işlərin yazılması və nəşri", "Tədqiqat metodologiyası, təcrübələr və layihələr", "Verilənlərin toplanması, təhlili və idarə edilməsi", "Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma" və "Sahibkarlıq