XƏBƏRLƏR
-
05.10.2022
Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumu keçiriləcək
Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunun spikerlərini nəzərinizə çatdırırıq. Xatırladaq ki, Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda iştirak ödənişsizdir. Arzu edənlərə beynəlxalq sertifikat veriləcək. Beynəlxalq sertifikat qeydiyyatı üçün yerlər məhduddur. Çıxışlar Azərbaycan dilinə tərcümə olunacaq. -
04.10.2022
"İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ" adlı layihə çərçivəsində müxtəlif təlimlər həyata keçirilir
ARTİ Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıqda icra etdiyi "İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ" adlı layihə çərçivəsində müxtəlif təlimlər həyata keçirir. -
04.10.2022
"Refleksiv müəllim" layihəsi üzrə kimya fənnindən seminar keçirilib
3 oktyabr tarixində Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbdə kimya fənni üzrə seminar təşkil edilib. Seminarda məktəbin kimya müəllimi Fərqanə Babayeva 9-cu sinif dərsliyində olan "Metalların icmalı, təbiətdə tapılması və alınması" mövzusu üzrə dərs icmalı təqdim edib. -
03.10.2022
"İnnovasiya və strateji liderlik" (Tədqiqat meneceri) təliminin infosessiyası keçirilib
1 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU), Bakı Dövlət Universitetinin (BDU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) "SABAH magistratura" proqramında təhsil alan bir qrup tələbəsi üçün Təhsil Texnologiyaları Mərkəzində "İnnovasiya və strateji liderlik" (Tədqiqat meneceri) təliminin infosessiyası keçirilib. -
03.10.2022
"Refleksiv müəllim" layihəsi üzrə ibtidai siniflər üçün Azərbaycan dili fənnindən seminar keçirilib
30 sentyabr tarixində 24 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda məktəbin ibtidai sinif müəllimi Arzu Məmmədova 4-cü sinif Azərbaycan dili dərsliyində olan "Ruminin məsləhəti" mövzusu üzrə dərs icmalı təqdim edib. -
30.09.2022
"Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" adlı pilot layihənin ikinci mərhələsinə start verilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ və Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən "Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" adlı pilot layihənin ikinci mərhələsinə start verilib. -
30.09.2022
"Refleksiv müəllim" layihəsi üzrə riyaziyyat fənnindən seminar keçirilib
29 sentyabr tarixində Şəfiqə Əfəndizadə adına 13 nömrəli tam orta məktəbdə riyaziyyat fənni üzrə seminar təşkil edilib. Seminarda məktəbin ibtidai sinif müəllimi Lali Rəfiyeva 3-cü sinif dərsliyində olan "Ədədlərin müqayisəsi və sıralama" mövzusu üzrə dərs icmalı təqdim edib.