Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları

Təhsil İnstitutu PIRLS 2026 Oxu Qiymətləndirməsi üzrə Çərçivə Sənədini təqdim edir – PIRLS 2026 Oxu Qiymətləndirməsi üzrə Çərçivə Sənədi

 

 

 

 

Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsi Azərbaycan Respublikasının Təhsil İnstitutunun struktur vahidlərindən biri olub, beynəlxalq qiymətləndirmə tədqiqatlarının, o cümlədən yerli tədqiqatların və qiymətləndirmələrin təşkilini, nəticələrin təhlilini və hesabatların hazırlanmasını həyata keçirir. Beynəlxalq qiymətləndirmə proqramları təhsilin keyfiyyətinin qiymətləndirilməsi funksiyasını yerinə yetirməklə ölkədə təhsil prosesi haqqında məlumat əldə etməyə, həlli tələb olunan əhəmiyyətli problemləri araşdırmağa, nəticələrin beynəlxalq təcrübə ilə müqayisəsinə imkan yaradır.