Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib

Tarix: 03.03.2024
Paylaş:

 

3 mart 2024-cü il tarixində Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib.

Şagirdlər 19 mart tarixindən etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər.

Qeyd edək ki, 2023–2024-cü tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin təşkili və keçirilməsi qaydalarında dəyişikliklər edilib. Belə ki, VI sinif şagirdləri üçün müsabiqələr riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri üçün isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə təşkil olunacaq. Bununla yanaşı fənn müsabiqələrində şagirdlərə təqdim edilən məntiq bloku ləğv olunur. Belə ki, iştirakçılar sadəcə müvafiq fənn üzrə tapşırıqları həll edəcəklər. Müsabiqənin iki mərhələsi qapalı test tapşırıqları formatında, final mərhələ isə açıq tipli tapşırıqlardan ibarət olacaq.

Sual kitabçalarını təqdim edirik:

Biologiya 7 Az

Biologiya 7 rus

Fizika Az

Fizika rus

İnformatika Az

İnformatika rus

Lütfi Zadə Az

Lütfi Zadə rus

RFM kimya az

RFM kimya rus

Riyaziyyat 6 Az

Riyaziyyat 6 rus

Riyaziyyat 7 Az

Riyaziyyat 7 rus

Təbiət Az

Təbiət rus