TƏQDİMATLAR
-
01.11.2022
Peşə təhsilində karyera məsləhəti xidməti: Almaniya təcrübəsi
Almaniyada vətəndaşların öz təhsil və iş həyatlarını səmərəli idarə etmələrinə və karyera ilə bağlı düzgün qərarlar qəbul etmələrinə imkan yaratmaq üçün təhsil alıb-almamasından və işləyib-işləməməsindən asılı olmayaraq hər kəs üçün həyatının istənilən mərhələsində karyera bələdçiliyi və ya məsləhət xidməti əlçatandır. -
21.09.2022
Portfolio məktəbəhazırlıq qruplarında dəyərləndirmə vasitəsi kimi
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşı Fatma Quliyevanın "Portfolio məktəbəhazırlıq qruplarında dəyərləndirmə vasitəsi kimi" adlı məqaləsini təqdim edirik. Məqalədə portfolionun mahiyyəti, dəyərləndirmə zamanı portfoliodan istifadə qaydaları və məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün portfolionun hazırlanmasından bəhs edilib. -
13.08.2022
Təhsilverənlərin sertifikatlaşma imtahanına hazırlıq məqsədilə ibtidai sinif müəllimləri üçün ixtisas üzrə nümunə suallar
Qeyd edək ki, suallar təhsilverənlərin sertifikatlaşdırılmasına dair qiymətləndirmə çərçivəsindəki bütün mövzuları əhatə edir və mürəkkəblik dərəcəsi gözlənilməklə hazırlanmışdır. -
12.08.2022
Elmi inkişafın dəyər zənciri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərmanı ölkədə elmin inkişaf zəncirinin qurulması üçün zəmin yaradır. Fərmandan irəli gələn struktur dəyişikliyi elmin inkişafı üçün dəyər zəncirinin formalaşdırılmasına şərait yaradır. -
05.07.2022
"Peşə və kvalifikasiya standartların hazırlanması, onların iş analizinin aparılması və modul tipli təlim proqramlarının metodologiyası"
ARTİ-nin Peşə və ömürboyu təhsili şöbəsinin əməkdaşı Leyla Vahabovanın "Peşə və kvalifikasiya standartların hazırlanması, onların iş analizinin aparılması və modul tipli təlim proqramlarının metodologiyası" adlı məqaləsini təqdim edirik. -
29.06.2022
Beynəlxalq Təhsil İcmalı - May ayı
Bülletenin may ayı üçün hazırlanmış sayında "Efiopianın Qərbi Arsi zonasında formativ qiymətləndirmə təcrübəsi","Erkən məktəbəqədər təhsil müəssisələrində və bağçalarda çalışan işçi heyətinin fəaliyyəti", "Hamı üçün əsas səlahiyyətlər: Avropa məktəb təhsilində siyasətin dizaynı və həyata keçirilməsi", "Müəllimlərin peşəkar inkişafının səmərəliliyini artırmaq üçün məktəb və klaster əsaslı işləri necə təşkil etmək olar?Beş əsas həll" adlı məqalələr yer alıb.