TƏQDİMATLAR
-
15.04.2021
Biliyin lənəti
Yəqin bilirsiniz, bəzi müəllimləri çox bəyənir, bəzilərinin adı gəldikdə isə sadəcə "eh" reaksiyası veririk. Eşitidiyimiz ən məşhur rəylərdən biri də "Vallah, müəllim çox savadlıdır, amma bildiklərini yaxşı anlada bilmir"dir. Bax elə bu ünsür verilən izahın, məlumatın qalıcılığına mane olan ən böyük səbəbdir. Buna "biliyin lənəti" deyilir. -
15.04.2021
Öyrənmə müstəqilliyi: inkişafın sirləri
Hansı müəllim pedaqoji bacarıqların sirlərini öyrənmək istəməz? Dərsləri təəccüb və heyranlıq doğuran müəllimlər, görəsən, hansı xüsusi bacarıq sahibidirlər? Psixologiya elmləri namizədi Marina Rozen (Udovenko) professor A.K.Dusavitskinin rəhbərliyi ilə 10 il müəllimlərin fəaliyyətini öyrənmiş, arxa partadan onların dərslərini izləmişdir. -
15.04.2021
Xarakter tipləri: introvert, ekstravert və ambivert (sentrovert)
Qərb psixoloqu Karl Yunqun "Psixoloji tiplər" kitabında ekstravertlərdən ("xaricə" meyilli) və introvertlərdən ("daxilə" meyilli) danışılır. Müəllifin fikrincə, ətraf aləmə uyğunlaşmağın 2 variantı var. Onlardan biri ekspansiyadır - daim ünsiyyətdə olmaq; əlaqələri, iş münasibətlərini genişləndirmək, həyatın bəxş etdiyi hər bir şeyi qəbul etmək. Ekstravert tipə aid olanlar başqa insanlarla ünsiyyətdən və yeni təəssüratlardan enerji alırlar. Onlar diqqət mərkəzində o -
09.04.2021
Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi
Azərbaycan Respublikasının Təhsil İnstitutu ümumi təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən müəllimlər üçün müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsini hazırlayıb. 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə edən məlumat kitabçası ilə aşağıda tanış ola bilərsiniz. -
29.03.2021
Fizikanı sevdirməyin on üsulu
Fizikanı tədris etmək heç də asan deyil. Digər təbiət elmləri kimi yalnız düz və səhv cavabları ehtiva edən fizika şagirdlərdə diskomfort və qorxu hissi yaradır. Bu hissləri aradan qaldırmağa kömək olmaq, şagirdlərinizdə fizika öyrənməyə marağı artırmaq üçün sizə on üsul təqdim edirik. -
29.03.2021
Tarix müəllimləri üçün 8 sadə göstəriş
Tarix fənnini öyrətmək və şagirdlərə sevdirmək müəllimlərə çətin görünə bilər. Çünki gənc və fəal şagirdlərin çoxu maraqsız dərslərin onlarda yaratdığı yanlış təsəvvürlərə görə dərs kitablarından və tarixin qədim səhifələrindən uzaq qalmağa çalışır. Halbuki tarix insana ilham və zövq verən maraqlı fəndir. -
29.03.2021
Rəy-inşa yazı işinin təşkili metodikası
Rəy-inşa tədris prosesində hər hansı bir sənət nümunəsi, mədəni fəaliyyəti dəyərləndirmək üçün yazılan inşa növüdür. Yeni əsərlərin dəyərləndirilməsi məqsədilə istifadə olunan "rəy" adlı ədəbi-tənqidi janr məktəb praktikasında da oxşar mahiyyət kəsb edir. Tədris prosesində rəy şagird mətni, film, ədəbi-bədii gecə, ekskursiya və s. haqqında yazıla bilər, lakin adətən oxunmuş bədii mətnə münasibəti ifadə etmək üçün istifadə edilir. -
29.03.2021
Müxtəsər ifadə yazı işinin təşkili metodikası və qiymətləndirməsi
Müxtəsər ifadə şagirdin sərbəst yazı bacarıqlarının formalaşmasında əhəmiyyətli rol oynayır. Yuxarı siniflərdə şagirdlər yazı işlərində geniş və təfərrüatlı informasiyaları qısa şəkildə çatdırmaq tələbi ilə daha tez-tez üzləşirlər. Məsələn, esse yazdıqda hadisələrin qısa məzmunundan istifadə edir, bədii əsərlər əsasında inşa yazarkən əsərin məzmununun xülasəsini verməli olurlar və s. Bu vərdişə yiyələnmək ibtidai siniflərdən başlayaraq müxtəsər ifadə yazı işi təlimlərinin aparılması ilə sıx bağl -
29.03.2021
Məntiqi təfəkkürü inkişaf etdirməyin qısa yolu
MİNN – şagirdlərin refleksiya və mühakimə qabiliyyətini formalaşdırmaq üçün səmərəli və optimallığına görə əvəzedilməz olan bu üsul Cənubi Afrika Respublikasından hüquq üzrə professor Devid Makkoyd-Meyson tərəfindən yaradılmışdır. İngiliscə belə yazılır: PRES – Position – Reason – Explanation or Example – Summary. Rus dilinə isə POPS – (Позиция – Обоснование – Примеры – Следстивие) kimi tərcümə olunur. Bu texnoloji üsulun əhəmiyyəti ondadır ki, hər hansı mövzuyla bağlı qısa zaman çərçivəsində -
29.03.2021
Mətn və onun tipləri
Əvvəlcə mətn anlayışının Azərbaycan dili fənninin məzmununda yerini və əhəmiyyətini müəyyənləşdirək. Oxu və yazı məzmun xətləri üzrə standartlar mətn üzrə iş əsasında müəyyənləşdirilmişdir. Çünki şagirdin oxu və yazı vərdişləri mətn vasitəsilə formalaşdırılır. Sonda da şifahi və yazılı fəaliyyətinin məhsulu mətn olur. -
29.03.2021
Sinkveynin tətbiqi məqamları və nümunələr
Sinkveyn universal tədris metodudur. Onu müxtəlif fənn proqramlarının mövzularına tətbiq etmək olar. Bu metod şagirdləri maraqlandırmağa, öyrənilən materialı daha yaxşı anlamağa və mühakimə yürütməyə kömək edir. Beşsətirlik şeir olan sinkveyni tərtib etmək asan olduğu üçün onun hər yaşda uşaqlarla təlim prosesində tətbiqi mümkündür.