TƏQDİMATLAR
-
24.11.2021
Bacarıq əsaslı təhsilin əhəmiyyəti və fizika fənninin tədrisində tətbiqi
Günümüzdə bilik sürətlə çoxalmaqda və dəyişməkdədir. İqlim dəyişikliyi, təbii ehtiyatların tükənməsi, sosial münasibətlərin dəyişməsi cəmiyyətin sürətli və qlobal dəyişməsinə, bu isə cəmiyyətin tələblərinin dəyişməsinə səbəb olur. -
15.11.2021
Mətn üzrə işin təşkili: Abzas – məna vahidi kimi. Mətndə fakt və mülahizənin müəyyən edilməsi
Abzas mətndə bir əsas fikri ifadə edən cümlələr məcmusu və ya bütöv fikri ifadə edən bir cümlədir. Mətndə bir hissənin abzas olmasını cümlələrin sayı və quruluşu müəyyənləşdirmir. Məsələn, bəzi yazı üslublarında, xüsusilə publisistik üslubda abzas bir cümlədən də ibarət ola bilər. -
26.10.2021
Dil qaydalarının mənimsədilməsində müqayisələr və həyati obrazlardan istifadənin rolu
Bu gün müasir yanaşmalar hər bir dərsin qarşısında mühüm tələblər qoyur. Bu tələblərdən ən başlıcası tədris prosesində yeni təlim metodlarından geniş istifadə etmək olsa da, müəllimin şəxsi düşüncə tərzi, yaradıcılıq qabiliyyəti də çox böyük önəm daşıyır. -
14.10.2021
Mətn üzrə işin təşkili: mətnin mövzu və ideyasının müəyyənləşdirilməsi
Mətn anlayışının izahında mübahisəli bir məqam mətnin ən azı neçə cümlədən ibarət olmasıdır. Bu məsələyə aydınlıq gətirmək üçün mətn anlayışının müxtəlif mənalarda izahını bilmək vacibdir. Mətn tipoqrafik anlayış kimi hər cür yazılı nitq , hətta bütöv və ya natamam yazı parçası olaraq nəzərdə tutulur. Dilçilikdə isə mətn ən böyük nitq vahididir. Yəni cümlələri, abzasları, fəsilləri ehtiva edən məntiqi cəhətdən əlaqəli və rabitəli yazı materialıdır. -
13.10.2021
Androqogiya nədir və pedaqogikadan nə ilə fərqlənir?
Andraqogiya termini ilk dəfə olaraq 1833-cü ildə alman pedaqoq Aleksandr Kapp tərəfindən işlənmişdir. 1921-ci ildə Oyqen Rozenştok-Hyüssi andraqogiya terminindən böyüklərin təhsil nəzəriyyəsi kimi istifadə etmişdir. Daha sonra bir müddət bu termin istifadə olunmadı. 1967-ci ildə amerikalı pedaqoq Malkolm Knoules "andraqoji" terminindən istifadə etdi və bu ABŞ-da çox məhşur oldu. Malkolm iddia edirdi ki, "andraqogiya" termini daha çox istifadə olunan "pedaqogika" ter -
06.10.2021
Azərbaycan dili tədrisində dil qaydalarının mənimsədilməsində alqoritmlərdən istifadə
Müasir dövr bir çox sahələrdə olduğu kimi, təhsilin məzmununda da dəyişiklikləri zəruri etmişdir. Ənənəvi təlimdən fəal, interaktiv təlimə keçid kortəbii yaddaşı birbaşa tənqidi, yaradıcı, məntiqi təfəkkürlə əvəz etdi. Təbii ki, bu şagirdin şəxsiyyət olaraq inkişaf etdirilməsi, cəmiyyətin ehtiyac və tələbatlarına uyğun kadr kimi yetişdirilməsinə xidmət edir. -
06.10.2021
"Beynəlxalq Təhsil İcmalı" - Oktyabr
Bülletenin oktyabr ayı üçün hazırlanmış sayında "Pandemiyanın yaratdığı şokdan xilas olmaq və daha yaxşısını yenidən inşa etmək", "Erkən uşaq təhsilinin əhəmiyyəti və faydaları", "COVID-19 pandemiyası zamanı və sonra ümumi təhsil məktəblərinin yuxarı sinif müəllimlərinin İKT-dən istifadəsi", "Pandemiya dövründə peşə təhsili", "Real dil mühitində öyrənmənin təşkili" adlı məqalələr yer alıb. -
21.09.2021
Resurs çatışmazlığı şəraitində fizika fənninin tədrisi
Fizika dedikdə ağla ilk olaraq qanun, düstur və hesablama gəlir. Fiziki anlayışların çoxu olduqca mürəkkəbdir. Buna görə də şagirdlərin çoxu fizikanı öyrənməyi cansıxıcı hesab edirlər. Fizikaya olan bu baxışı dəyişərək şagirdlərə bu fənnin maraqlı və əyləncəli olduğunu göstərməklə necə sevdirə bilərik? -
16.09.2021
Şagirdlərin öyrənmə motivasiyasının artırılmasında valideynlərin rolu
Məqalə övladının dərslə məşğul olmaq motivasiyasını artırmaq istəyən valideynlər, həmçinin, tədris prosesinin uğurlu olması üçün şagirdlərinin valideynləri ilə əməkdaşlıq etmək istəyən müəllimlər üçün faydalı ola bilər. -
14.09.2021
Modelləşdirmədən istifadə etməklə görmə məhdudiyyətli şagirdlərə Optika bölməsinin öyrədilməsi
Görmə məhdudiyyətli şagirdlərin qarşılaşdıqları çətinliklərə diqqət yetirsək, deyə bilərik ki, onlar həndəsi optikanı öyrənərkən qrafik və diaqramların qurulması və bu anlayışlar haqqında təsəvvürün yaradılmasında çətinlik çəkirlər. Bu araşdırma nümunəsi görmə məhdudiyyətli şagirdlərə optika bölməsini, aşağı qiymətli və asan əldə olunan materiallardan istifadə etməklə mənimsədilmə yollarını təklif edir. Görmə məhdudiyyətli şagirdlər toxunmaqla ətraf aləmi qavraya bilirlər. Bu da onlarda müəyyən -
01.09.2021
Metodik xidməti necə təşkil etməli?
Cəmiyyət üçün layiqli vətəndaş yetişdirmək hər zaman təhsil müəssisələrinin ən aktual məqsədlərindən olub. Layiqli vətəndaş dedikdə isə cəmiyyət, ailə və özü qarşısında məsuliyyəti dərk edən, xalqın milli-mənəvi dəyərlərinə varislik edən, özünün və ölkənin iqtisadi və mədəni rifah və yüksəlişinə töhfə vermək üçün lazım olan bilik və bacarıqlara yiyələnmiş, nümayiş etdirdiyi vətəndaşlıq məsuliyyəti ilə digərlərinə nümunə olan, pozitiv düşüncəyə malik şəxsiyyət nəzərdə tutulur.