TƏQDİMATLAR
-
08.06.2022
Beynəlxalq Təhsil İcmalı – Aprel ayı
Bülletenin aprel ayı üçün hazırlanmış sayında "Avropa ali təhsildə ədalətlilik və inklüzivliyə doğru", "Motivasiyada maneələri aradan qaldırmaq məqsədilə Müəllimin Peşəkar İnkişafı (MPİ) proqramlarının hazırlanması: 10 strategiya", "Məktəbəqədər təhsildə Müəllimlərin Sorğusu (STEPP) layihəsi", "Təhsildə Ölçmə və Qiymətləndirmə: Bolqarıstan" adlı məqalələr yer alıb. -
20.05.2022
Beynəlxalq Təhsil İcmalı – Mart ayı
Bülletenin mart ayı üçün hazırlanmış sayında "Danimarkada ali təhsilin resurs təminatı: tematik analitik qeyd", "Portuqaliyada inklüziv təlim-tədris prosesi", "Məktəbin nizam-intizam qaydalarını necə inkişaf etdirə bilərik?", "Şimali Kipr Türk Respublikası (ŞKTR), İngiltərə, Finlandiya, Cənubi Kipr və Hindistanın məktəbəqədər təhsil proqramlarının müqayisəsi" adlı məqalələr yer alıb. -
18.05.2022
Fizika fənninin tədrisində diaqnostik qiymətləndirmənin əhəmiyyəti
Fizika fənninin tədrisində diaqnostik qiymətləndirmənin əhəmiyyəti çox böyükdür. Əvvəlcə diaqnostik qiymətləndirmənin mahiyyətini izah edək. Diaqnostik qiymətləndirmə müəllimə şagirdin fənnin ümumi məzmunu, bölmə və ya mövzu üzrə hansı bilik və bacarığa malik olduğunu aşkar etməyə, növbəti təlim fəaliyyətini necə təşkil etməyə kömək edən qiymətləndirmə növüdür.